"Rheinmetall" müharibə dövründə rekord məbləğlər qazanır

DÜNYA
16:25 / 07.08.2025
48

Alman avtomobil sənayesi durğunlaşarkən, ölkənin ən böyük müdafiə şirkəti "Rheinmetall" rekord gəlirlər göstərir. 

HİT.az xəbər verir ki, bu ilin birinci yarısında şirkətin gəliri 24% artaraq 4,7 milyard avroya çatıb, xalis mənfəəti isə əvvəlki ilə nisbətən 18% artaraq 475 milyon olub.

"Rheinmetall" müdafiə sənayesi üzrə dünya çempionu olmaq yolunda uğurla irəliləyir. Sifariş kitablarımız artıq doludur və böyüməyə davam edəcək", deyə şirkətin baş direktoru Armin Papperger bildirib.

Hazırda şirkətin yerinə yetirilməsi lazım olan 63 milyard avro dəyərində sifarişləri var. Bu artım Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının başlamasından sonra silaha tələbatın kəskin artması ilə bağlıdır.

"Rheinmetall" istehsalı fəal şəkildə genişləndirir: fabriklər tikir, mülki müəssisələri hərbi istehsala çevirir və Avropada yeni imkanlar açır.

"Biz gəlirlərimizi əhəmiyyətli dərəcədə artırmaq üçün çox çalışırıq və yeni istehsal güclərinin yaradılması üçün müxtəlif ölkələrə sərmayə qoyuruq", deyə Papperger bildirib.

"Rheinmetall" tezliklə Aşağı Saksoniyada Unterlüssdə Avropanın ən böyük sursat zavodunu açacaq. Neussda hərbi texnika istehsalı da genişləndirilir.

Əvvəllər "Rheinmetall"ın mühüm bir hissəsi olan avtomobil biznesi indi arxa plana keçir. Bu sahədə gəlir azalıb - və qrup artıq biznesin satışı ilə bağlı danışıqlar aparır.

Samir
 

0