Ukrayna hazırkı cəbhə xətti boyunca atəşkəsə hazırdır, lakin şərt var - KİV

DÜNYA
13:25 / 08.08.2025
42

Ukrayna müharibənin başa çatmasına səbəb olarsa, hazırkı cəbhə xətti boyunca atəşkəs rejimini nəzərdən keçirməyə hazırdır. Eyni zamanda, bu, yalnız bir şərtlə mümkündür ki, Rusiyanın hər hansı işğal olunmuş ərazilər üzərində nəzarətinin beynəlxalq səviyyədə tanınmasına icazə verilməsin.

HİT.az xəbər verir ki, bu barədə "The Telegraph" yazıb.

"Bu onunla əlaqədardır ki, ölkə Konstitusiyası prezidentə və ya parlamentə ölkənin ərazi tərkibini birtərəfli qaydada dəyişməyə və ya ərazi bütövlüyünün pozulması ilə barışmağa imkan vermir", deyə nəşr yazır.

Eyni zamanda, "The Telegraph"ın yazdığı kimi, Ukrayna prezidenti Volodimir Zelenski işğal olunmuş ərazilərin silahlı yolla azad edilməsinin artıq mümkün olmadığını etiraf edib. Nəşrin yazdığına görə, prezident hesab edir ki, diplomatik yollar axtarmaq lazımdır.

"Gallup"un cümə axşamı dərc etdiyi rəy sorğusuna əsasən, ukraynalıların yalnız dörddə biri Rusiya ilə sona qədər mübarizə aparmaq istəyir ki, bu da ictimaiyyətin qələbəyə inamının kəskin şəkildə azaldığını göstərir", deyə məqalədə qeyd edilir.

Samir

0