Polşanın baş naziri Donald Tusk Ukraynadakı münaqişənin tezliklə dondurulması ilə bağlı müəyyən siqnallar açıqlayıb.
HİT.az xəbər verir ki, o, bu barədə Ukrayna lideri Volodimir Zelenski ilə söhbətindən sonra danışıb.
"Müəyyən siqnallar var və bizdə də belə bir intuisiya var ki, bəlkə də münaqişənin dondurulması - mən son demək istəmirəm, amma münaqişənin dondurulması - uzaqdan daha yaxındır", deyə Tusk bildirib.
Onun sözlərinə görə, belə bir inkişafa ümid var.
Avqustun 7-də Zelenski Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında potensial görüş xəbərləri fonunda Ukraynadakı münaqişəyə son qoymağın vaxtının çatdığını bildirib. O, həmçinin bildirib ki, hazırda “sülhə nail olmaq naminə” görüşlərin bir neçə mümkün formatı müzakirə olunur: iki ikitərəfli və bir üçtərəfli.
Daha sonra Ukraynanın “Obşçestvennoye” telekanalı Tramp administrasiyasındakı mənbələrə istinadən xəbər verib ki, Ağ Ev Putin və Tramp, həmçinin Zelenski arasında üçtərəfli görüşün təşkili üzərində işləyir.
Samir