Aktyor Cek Nikolsonun böyük nəvəsi, 29 yaşlı Sean Norfleet avqustun 5-də Los-Ancelesdə məişət zorakılığı ittihamı ilə həbs edilib.
HİT.az xəbər verir ki, bu barədə “People” həbs sənədlərinə istinadən məlumat yayıb.
Nəşr qeyd edib ki, Nikolsonun nəvəsi 50 min dollar girov müqabilində azad edilib.
Qurbanın adı məlum deyil. Onun avqustun 26-da məhkəmə qarşısına çıxması planlaşdırılır. Əgər günahı sübuta yetirilərsə, Norfleet 4 ilə qədər həbs cəzası ala bilər.
Samir