Məxfi Xidmət Vensin ailəvi tətili üçün çayın səviyyəsini qaldırıb

DÜNYA
17:07 / 08.08.2025
47

ABŞ hərbi mühəndisləri Ohayo ştatında çayın səviyyəsini qaldırıblar ki, Məxfi Xidmət vitse-prezident Cey Di Vensin qayıqla ailə gəzintisi zamanı təhlükəsizliyini təmin etsin.

HİT.az xəbər verir ki, bu barədə "The New York Times" Məxfi Xidmətə istinadən yazıb.

Vitse-prezidentin sözçüsü Teylor Van Kirk bildirib ki, Vens avqustun 2-də ailəsi ilə birlikdə 41 yaşını qeyd etmək üçün qayıqla ekskursiyaya getdiyi zaman çayın səviyyəsinin dəyişdirilməsi tələbindən xəbərsiz olub.

"Məxfi Xidmət keçən həftə sonu etdiyi kimi, çox vaxt vitse-prezidentin və ya onun işçilərinin xəbəri olmadan qoruyucu tədbirlər həyata keçirir", deüyə Kirk bildirib.

Ohayo Demokratları və başqaları bu cür tədbirləri tənqid ediblər.

Məxfi Xidmətin sözçüsü Entoni Quqlielmi deyib ki, agentlik ABŞ Ordusu Mühəndislər Korpusundan təhlükəsizlik səbəbi ilə çaya bağlı olan Sezar Krikdən su axınının müvəqqəti artırılmasını istəyib.

Samir
 

0