Almaniya hakimiyyəti Rusiyanın dəmir yolunda təxribat törətməsindən qorxur

DÜNYA
18:19 / 08.08.2025
62

Almaniyada dəmir yolunda təxribat təhlükəsi ilə bağlı narahatlıq artır.

HİT.az xəbər verir ki, BILD-ə verdiyi müsahibədə hökumət "Deutsche Bahn" infrastrukturuna mümkün hücumlar barədə xəbərdarlıq edib:

"Hazırda Almaniya ərazisində təxribat fəaliyyəti və ya buna hazırlıq təhlükəsi artır".

BILD-in məlumatına görə, təhlükə Rusiya xüsusi xidmət orqanlarından, eləcə də solçu ekstremistlərdən gəlir. Rus agentləri artıq Almaniya kəşfiyyat xidmətlərinin nəzarəti altındadır.

"Deutsche Bahn" gündəlik yeddi milyondan çox sərnişinə xidmət göstərir və dəmir yolu şəbəkəsi 33.000 kilometrdir. Məqsədli təxribat aktları ölkənin böyük hissələrini iflic vəziyyətinə sala bilər.

Ötən həftə Düsseldorf və Duysburq arasındakı dəmir yolu xəttində iki yanğın hadisəsi qeydə alınıb. Onlara görə məsuliyyəti solçu radikal "Angry Birds" qrupu öz üzərinə götürüb. Saksoniya-Anhaltda daha bir təxribat aktı qeydə alınıb.

Alman təhlükəsizlik xidmətləri də Rusiya kəşfiyyatının fəaliyyətinə nəzarəti gücləndirir. Yanğın, qatarların işinə təhlükəli müdaxilə və ya on minlərlə insana təsir edə biləcək avadanlıqların zədələnməsi kimi müxtəlif zorakılıq formaları nəzərdən keçirilir.

Samir

0