Xorvatiyanın Dubrovnik şəhərindən 10 km cənubda Kupari turizm kompleksi yerləşir. 60-cı illərdə özünün çiçəklənmə dövründə bu, 1600 istirahətçini qəbul edə bilən Adriatik dənizi sahilində bir lüks kurort idi.
HİT.az xəbər verir ki, bunu "Daily Express" qəzeti yazır.
Qeyd olunur ki, bu gün orada bir neçə böyük otel yerləşir və kompleks Xorvatiya vətəndaş müharibəsi zamanı ciddi ziyan gördükdən sonra tamamilə tərk edilib. Hal-hazırda onu yalnız kəskin duyğular həvəskarları – qraffitilərlə doldurulmuş və tamamilə qarət edilmiş salonlarda gəzməyə can atanlar ziyarət edir.
Kurort "postapokaliptik" bir mənzərə təşkil edir və "Taxt Oyunları", "Ulduz Müharibələri" və "Robin Hud" filmləri üçün dekor kimi xidmət edib. O, Xorvatiyanın müstəqillik müharibəsinin nəticələrini xatırladır: 1990-cı illərdə geri çəkilən Yuqoslaviya qoşunları Xorvatiya ordusunun hücumu altında onu talan etmiş, atəşə tutmuş və yandırmışdı. 30 ildən çoxdur ki, burada heç bir qonaq qalmayıb. 15 hektar ərazidə yerləşən bu kompleks, kommunist Yuqoslaviyasında dövlət şirkətləri və hökumətin öz işçiləri üçün sahil boyu kurortlar tikdiyi dövrdə inşa edilib.
Maraqlıdır ki, o, kiçik bir müharibəöncəsi otel kimi başlayıb, sonra isə milliləşdiriluib. Silahlı Qüvvələr hərbi qulluqçulara istirahət yeri təmin etmək üçün genişləndirməyə davam etmək qərarına gəlib.
Kompleksin incisi "Peleqrin" oteli – 1963-cü ildə tikilmiş modernist binadır. O, çimərlik və ətraf mənzərəsinə heyranedici mənzərə açılan 400-dən çox otağa malik idi. Otelin dayanacağı hələ də hər gün çimərlik ziyarətçiləri tərəfindən istifadə olunur. Memarlıq tarixçisi Boris Vidakoviç bildirib:
"Peleqrin oteli tikintisindən sonra memarlıq jurnallarının üz qabığında yer alırdı. O dövrdə o, həm mütəxəssisləri, həm də ictimaiyyəti heyrətləndirmişdi. Bu bina sahil layihələrinin yeni nəsil, yeni növünün başlanğıcını qoyan pionerlərdən biridir".
Vacibdir ki, hazırkı kötürüm halda hər otaq qraffitilərlə bəzədilib, dam bir çox yerdə uçub-dağılıb və hər addımda sizi təhlükələr gözləyir.
"Qoriçina" otelinin vəziyyəti də çox yaxşı deyil: xaricdən dağıntıların miqyası görünür, hər balkon qraffitilərlə örtülüb, divarlar yanğın nəticəsində qaralmışdır. Otel zibillərlə doludur və burada insanların olmasının aşkar izləri görünür. Burada dənizə möhtəşəm mənzərəsi olan şüşə limonxana olmalı idi, amma sınmış şüşə səbəbindən təhlükəli vəziyyətdədir.
Qeyd olunur ki, "Kupari" oteli çimərliyə baxır və yaxşı illərdə kifayət qədər bahalı olmuşdur. Oradan panoramik mənzərələr açılır və ayrıca balkonları var. Onun daxili həyəti indi müxtəlif bitkilər və divarlar boyu uzanan üzüm sarmaşıqları ilə örtülüb.
2022-ci ilin may ayında otel dünyanın hər yerində onlarla lüks otelə rəhbərlik edən Sinqapur otel şirkətinin idarəçiliyinə keçib. Yeni plan bir neçə il ərzində kurortu yenidən qurmaq və açmaqdır.
Samir