Böyük Britaniya hökuməti avqustun 10-da vətəndaşları cinayət törətməkdə təqsirli bilinərsə, dərhal deportasiya ediləcək ölkələrin siyahısının əhəmiyyətli dərəcədə genişləndirildiyini elan edib.
HİT.az xəbər verir ki, onlar öz ölkələrində apellyasiya şikayətlərini və sonrakı məhkəmə qərarlarını gözləyəcəklər.
2014-cü ildə İngiltərə və Uelsdə "İndi Deport Edin, Sonra Apellyasiya Verin" proqramı işə salınıb. 2017-ci ildə Ali Məhkəmə insan hüquqlarının pozulmasını əsas gətirərək, məhkum edilmiş əcnəbi vətəndaşların dərhal deportasiyası praktikasını dayandırmaq qərarına gəlib. Bununla belə, Böyük Britaniyanın o vaxtkı daxili işlər naziri Suella Bravermanın sözlərinə görə, Britaniya məhkəmələrinin apelyasiya şikayəti üzrə qərarlarını gözləmək üçün xaricdə kifayət qədər şərait yaradıldığı üçün proqram 2023-cü ildə bərpa edilib.
Siyahıya ilkin olaraq səkkiz ölkə daxil idi: Finlandiya, Nigeriya, Estoniya, Albaniya, Beliz, Mavriki, Tanzaniya və Kosovo.
İndi 23 belə ölkə olacaq. Beləliklə, Britaniya hökuməti digərləri arasında Kanada, Hindistan, Bolqarıstan, Latviya və Avstraliya da daxil olmaqla siyahını demək olar ki, üç dəfə genişləndirib.
Hökumət bu proqrama ehtiyacı vergi ödəyiciləri üçün əhəmiyyətli qənaət, eləcə də uzun illərdir ki, sıxlıqdan əziyyət çəkən Britaniya həbsxanalarının azad edilməsi ilə izah edir.
Samir