Avropa hərbi-sənaye kompleksi (MİK) müəssisələri istehsalı görünməmiş sürətlə artırır. Ukraynada hərbi münaqişə başlayandan bəri belə müəssisələrin sahəsi 7 milyon kvadratmetr artıb və potensialın genişləndirilməsi sürəti əvvəllər müşahidə ediləndən üç dəfə çoxdur.
HİT.az xəbər verir ki, bu barədə "Financial Times" yazıb.
Qəzet 1000-dən çox peyk şəklini təhlil etdi və onların təxminən 1/3-i davam edən tikinti işlərini göstərən dəyişiklikləri qeyd edib. Əgər 2021-ci ildə 0,79 kvadratkilometr sahədə iş aparılıbsa, 2024-cü ilin yazında artıq 3,02 kvadrat kilometr, bu ilin yazında isə 2,8 kvadrat kilometr ərazidə tikinti işləri aparılırdı.
Ümumilikdə FT 37 şirkətə məxsus 150-dən çox sənaye obyektini tədqiq edib. Son üç ildə hərbi-sənaye kompleksində həyata keçirilən ən böyük tikinti layihələrindən biri Almaniyanın "Rheinmetall" şirkəti ilə Macarıstanın qərbində yerləşən 7 saylı Dövlət Müdafiə Holdinqinin birgə layihəsidir. Bu müddət ərzində ərazidə çoxsaylı emalatxanalar və giriş yolları yaranıb. Burada "Rheinmetall" şirkətinin KF41 Lynx piyada döyüş maşını üçün 30 mm-lik döyüş sursatı istehsal olunur və gələcəkdə "Leopard 2" və "Panther" tankları üçün digər növ sursatlar da hazırlanacaq, partlayıcı maddələr zavodu da tikiləcək.
Nəşr Avropanın yenidən silahlanmasını tarixi və mühüm keçid adlandırır - sülh dövründə istehsaldan "daha davamlı müharibə üçün sənaye bazasının yaradılmasına". Eyni zamanda, təhlil edilən 150 obyektdən 88-i Aİ-nin “Sursata Dəstək Proqramı” (ASAP) tərəfindən maliyyələşdirilir ki, bu da sursat və raket istehsalının artırılmasına 500 milyon avro vəsait ayırır.
Samir