Sahil qəsəbəsi dəhşətli qətllə sarsıldı: Üç uşaq saxlanıldı

DÜNYA
09:40 / 13.08.2025
36

İngiltərənin Kent bölgəsində yerləşən Leysdovn-on-Sea qəsəbəsi bazar axşamı baş verən qanlı hadisə ilə sarsılıb. 

HİT.az xəbər veri ki, Şeppi adasında, sahilə yaxın ərazidə baş verən dava zamanı 40 yaşlarında bir kişi ağır yaralanıb. Həkimlərin bütün müdaxilələrinə baxmayaraq, o, hadisə yerində dünyasını dəyişib.

Kent polisinin məlumatına görə, hadisə bazar günü saat 19:00 radələrində Varden Bay Road küçəsində qeydə alınıb. Dava zamanı döyüldüyü müəyyən edilən kişi üçün əraziyə polis qüvvələri və hava təcili yardım helikopteri göndərilib. Ölən şəxsin ailəsinə xəbər verilib. Qətldə şübhəli qismində 16 yaşlı bir qız, həmçinin 14 və 15 yaşlarında iki oğlan saxlanılıb. Hazırda üç şübhəli də polis nəzarətindədir.

Hadisə yerində geniş təhlükəsizlik tədbirləri görülüb. Sahil kənarındakı karvan parkının qarşısındakı geniş ərazi və çimərliyə aparan cığır polis lentilə bağlanıb. Xüsusi təlim görmüş itlərlə ərazidə dəlil axtarışı aparılıb.

Hadisə şahidlərinin sözlərinə görə, baş verən vaxt ərazidə təxminən 100 nəfər olub. Polis və təcili yardım əməkdaşları kişiyə dəqiqələrlə ürək masajı ediblər. Yerli sakinlərdən biri, “Helikopterin endiyini gördüm, hər yerdə polis vardı” deyə bildirib.

Təxminən 1.000 nəfərlik kiçik əhalisi olan Leysdovn-on-Sea qəsəbəsinin sakitliyi ilə tanındığını deyən 61 yaşlı Pol Bentli deyib: "Burada belə şey olmaz".

Yerli sahibkar Anton Casnu isə sahildə ürək masajı edildiyini gördükdə dərhal dükanından çıxıb hadisə yerinə qaçdığını deyib.

Hadisə ilə bağlı araşdırma aparılır. Kent polisi hadisə şahidlərini və məlumatı olan şəxsləri əlaqə saxlamağa çağırıb.

Samir

0