Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında Alyaskada keçiriləcək danışıqlar ərəfəsində Avropa Rusiya prezidentinə qarşı Ağ Evlə birlikdə mübarizə aparmaq üçün ümumi yanaşma hazırlamağa tələsirlər.
HİT.az xəbər verir ki, bu barədə Britaniyanın "Financial Times" qəzeti məlumat yayıb.
Qəzet yazır ki, Alyaska danışıqlarından kənarda qalan Avropa ölkələri Ağ Evlə birlikdə Putinə qarşı mübarizədə ümumi yanaşma hazırlamağa tələsirlər.
Qəzet yazır ki, onlar Alyaskada Rusiya ilə bağlı narahatlıqlarını nəzərə almayan sövdələşmənin bağlanacağından narahatdırlar.
Donald Tramp və Vladimir Putin avqustun 15-də Alyaskada görüşəcək. Kreml sammitin tarixini və yerini təsdiqləyib. Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, Alyaskanın seçilməsi məntiqlidir - Rusiya Federasiyası və ABŞ-ın iqtisadi maraqları burada, o cümlədən Arktikada kəsişir.
Danışıqların əsas mövzusu Ukrayna böhranının uzunmüddətli sülh yolu ilə nizamlanmasının axtarışıdır. Moskva Trampı növbəti görüşü Rusiyada keçirməyə dəvət edib.
Samir