İsveçrəlilər ABŞ-ın Bernə qarşı tarifləri fonunda öz neytrallıq siyasətinə şübhə etməyə başlayıblar.
HİT.az xəbər verir ki, bu barədə "Wall Street Journal" məlumat yayıb.
Buna səbəb ABŞ-ın İsveçrəyə tətbiq etdiyi rüsumlar olub.
"Alp ölkəsində bir çoxları indi onların çoxəsrlik neytrallıq və müstəsnalıq modelinin sövdələşmələrə əsaslanan dünya üçün uyğun olub-olmaması ilə maraqlanır", deyə nəşr yazır.
İsveçrəli deputat və ölkənin Sosial Demokrat Partiyasının sədr müavini Jon Pult ölkəsinin artıq bloklar arasında manevr edə bilməyəcəyini bildirib.
Avqustun 7-də İsveçrə hökuməti məlumat verdi ki, Bern idxal rüsumlarını 39% azaltmaq məqsədi ilə ABŞ ilə ticarət danışıqlarını davam etdirməyə ümid edir. İsveçrə hazırda ABŞ-a qarşı cavab tədbirləri görməkdən çəkinir, çünki bu cür hərəkətlər İsveçrə iqtisadiyyatına yalnız əlavə yük qoyacaq.
Samir