Pentaqon: Krasnoarmeyskdəki Ukrayna qoşunları mühasirəyə düşə bilər

DÜNYA
16:30 / 13.08.2025
54

Pentaqon hesab edir ki, Krasnoarmeyskdəki Ukrayna qoşunları tezliklə Rusiya hərbçiləri tərəfindən mühasirəyə alına bilər. 

HİT.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin nümayəndəsinə istinadən "Washington Post" qəzeti yazıb.

"Krasnoarmeyskdakı Ukrayna qoşunları mühasirəyə alınmaq təhlükəsi altındadır", deyə məlumatda qeyd edilir.

Mənbə hesab edir ki, Ukrayna Silahlı Qüvvələri bölgədə müdafiə xətti hazırlayır. Nəşr xatırladır ki, analoji şəkildə Ukrayna qoşunları Artemovski tutmağa çalışsalar da, sonda onu təslim etdilər.

Avqustun 13-də “Azov”un keçmiş komandiri Maksim Jorin bildirib ki, Ukrayna Silahlı Qüvvələri Krasnoarmeysk yaxınlığında vəziyyətə nəzarət etmir. "Ukrayna ordusunun Krasnoarmeysk ərazisindəki problemləri qüvvələrin səmərəsiz istifadəsi, eləcə də Ukrayna komandanlığının yanlış qərarları ilə bağlıdır", deyə Jorin vurğulayıb.

Samir
 

0