ABŞ-ın birinci xanımı Melaniya Trampın vəkilləri keçmiş dövlət başçısı Co Baydenin oğlu Hunterə onu mühakimə olunmuş pedofil Ceffri Epşteynlə əlaqələndirən “yalan” və “böhtan” ifadələrini geri götürmək üçün rəsmi tələb göndərib.
HİT.az xəbər verir ki, bu barədə "Fox News" mənbələri məlumat yayıb.
Avqustun 5-də kiçik Bayden "YouTube"da bir video yerləşdirib və o, Melaniyanı ABŞ-ın prezidenti Donald Trampla tanış edənin məhz Epşteyn olduğunu söyləyib.
Vəkillərin məktubunda deyilir: "Bu bəyanatlar təkcə tamamilə yalan deyil, həm də xanım Trampın reputasiyasına düzəlməz zərər vurur".
Mənbələrə görə, Hunter Bayden məlumatı təkzib etməsə, Melaniya Tramp bir milyard dollar təzminat tələbi ilə məhkəməyə müraciət edəcək. Mənbələrin "Fox News"a verdiyi məlumata görə, müəyyən edilmiş ultimatum müddəti avqustun 7-də başa çatıb. Onların sözlərinə görə, kiçik Bayden Trampın həyat yoldaşının iddiasına məhəl qoymayıb və bu, məhkəməni demək olar ki, qaçılmaz edir.
Samir