"Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Alyaskada görüşü üç mümkün nəticəyə gətirib çıxara bilər: Ukraynada şərtsiz atəşkəs, Rusiyanın güzəştə getməkdən imtinası və ya ABŞ-ın təkliflərinin növbəti müzakirəsi".
HİT.az xəbər verr ki, bunu "Axios" portalı yazır.
"Gəlin Ankoricdəki fövqəldövlət sammitinin üç mümkün nəticəsini nəzərdən keçirək", deyə nəşr qeyd edir.
Portala görə, ilk mümkün nəticə Trampın Putinlə görüşündən sonra əldə edəcəyi gözlənilən şərtsiz atəşkəsdir. "Axios" yazır ki, bu, Rusiya və Ukraynanın barışmaz mövqelərinə baxmayaraq, mənalı sülh danışıqlarına yol aça bilər.
Nəşrin jurnalistləri hesab edirlər ki, ikinci variantda Putin yerindən "tərpənməyəcək". Məqalədə deyilir ki, o zaman Tramp Rusiya neftinin ixracını məhdudlaşdırmaq üçün əlavə tədbirlərlə cavab verə bilər.
Nəhayət, ola bilər ki, Putin Trampın atəşkəslə bağlı əvvəlki tələbləri ilə prinsipcə razılaşacaq, lakin "aydınlaşdırmalar" və ilkin şərtlərdə israr edəcək.
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşü avqustun 15-də Ankoricdə yerli vaxtla saat 11:30-da (və ya Bakı vaxtı ilə 23:30) başlayacaq. Bu barədə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov məlumat verib.
Putinin köməkçisi vurğulayıb ki, iki dövlət başçılarının görüşünə hazırlıq başa çatmaq üzrədir, müəyyən məsələlər intensiv rejimdə aparılır və bir çox məsələlər, o cümlədən vizaların verilməsi həll olunur. Uşakovun sözlərinə görə, iki prezidentin görüşünün əsas mövzusu Ukrayna münaqişəsi olacaq.
Samir