Almaniya kansleri Fridrix Merz tərəfindən İsrailə hərbi məhsul ixracının qadağan edilməsindən sonra, Almaniyanın "Renk" şirkəti istehsalın bir hissəsini ABŞ-a köçürmək imkanını nəzərdən keçirir.
HİT.az xəbər verir ki, istehsalçı hazırda tanklarda və zirehli maşınlarda istifadə edilən reduktorları İsrailə tədarük edə bilmir.
"Renk"in baş direktoru Aleksander Zaqel "Financial Times"a şirkətdə bildirib: "B planını müzakirə edirik".
İsrail şirkətin ümumi dövriyyəsinin cəmi 2-3%-ni təşkil etsə də, vəziyyət geniş siyasi rezonans doğurub. Merz qadağanı İsrailin Qəzzə sektorunda hərbi əməliyyatı genişləndirmə planları ilə əsaslandırıb. Onun sözlərinə görə, sərt tədbirlər atəşkəs və girovların azad olunma şansını azaldır.
Kanslerin qərarı CDU/CSU bloku daxilində gərginliyə səbəb olub: Xüsusilə CSU-nun lideri Markus Zöderin tənqidləri diqqət çəkib. O, Merzin siyasəti nəticəsində İsraillə münasibətlərin zədələnə biləcəyindən narahatdır.
Sənayenin digər şirkətləri isə fərqli reaksiyalar verir. Məsələn, "Rheinmetall" İsrailə tədarükü dayandırıb. Şirkətin baş direktoru Armin Papperqer "Financial Times"a bildirib: "Hazırda "Rheinmetall" İsrailə silah ixrac etmir".
Samir