ABŞ-da şok hadisə: Virus vəhşi heyvanlarda dəhşətli şişlər yaradır

DÜNYA
17:34 / 14.08.2025
40

ABŞ-da vəhşi dovşanlar arasında qeyri-adi xəstəlik - Cottontail Papillomavirus yayılır. 

HİT.az xəbər verir ki, bu xəstəlik heyvanların başlarında qara, səbətcikə bənzər şişlər əmələ gətirir. 

Kolorado ştatının Fort-Kollins şəhərində yaşayan sakinlər belə hallar haqqında məlumat verirlər: bir qadın "9News" televiziyasına danışıb ki, ağzından və dodaqları ətrafından "qara tikanlar ya da diş çubuqları çıxan" bir dovşan görüb.

Kolorado Parklar və Vəhşi Təbiət (Colorado Parks and Wildlife) təşkilatının nümayəndəsi Kara Van Huzun sözlərinə görə, dovşanlar adətən isti yay aylarında, birə və gənələr kimi həşəratların dişləməsi nəticəsində yoluxurlar. Virus xüsusilə ABŞ-ın Orta Qərb regionunda çox yayılıb. İlk məlum hal 2013-cü ildə Minnesota ştatında qeydə alınıb – məhz o vaxt yoluxmuş heyvanlara "Frankenstein dovşanları" ləqəbi yapışıb.

Ekspertlər xəbərdarlıq edirlər ki, bu xəstəlik insanlar və ev heyvanları üçün təhlükəli deyil, lakin vəhşi dovşanlar üçün tez-tez ölümcüldür. Şişlər onların yemək yeməsinə mane olur və heyvanlar sadəcə aclıqdan ölə bilərlər.

Samir

0