"Prezidentlər Donald Tramp və Vladimir Putin bu gün Ukrayna üzrə sülh razılaşmasına nail olsalar, bu, Kiyev üçün pis xəbər olacaq".
HİT.az "Sky News"a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Mİ6 kəşfiyyat xidmətinin keçmiş rəhbəri Con Soyers deyib.
"Əgər belədirsə, bu, Ukrayna üçün çox pis xəbərdir. Çünki Putin prezident Trampı müharibəni necə bitirmək barədə Rusiyanın ideyasına yaxın mövqe tutmağa məcbur edə bilsə, Ukrayna faktiki olaraq Kremlin nəzarəti altına düşə bilər", deyə Soyers bildirib.
Onun sözlərinə görə, bugünkü tədbir Ukraynadakı münaqişəyə son qoymaq üçün fürsət olacaq və bunun üçün istənilən cəhdlər alqışlanmalıdır.
"Putin haqqında nə qədər skeptik olsam da, bu münaqişəyə son qoyacaq bir prosesə başlamaq imkanı var", deyə Soyers vurğulayıb.
Avqustun 14-də ABŞ prezidentinin keçmiş müşaviri Con Bolton prezidentlər Vladimir Putin və Donald Trampın görüşündə atəşkəs razılaşması əldə olunarsa, Ukraynada sülhün Koreya ssenarisi ilə davam edəcəyini təklif edib.
Samir