"Böyük Britaniya öz qoşunlarını Ukraynaya göndərməyə hazırdır, ancaq Rusiya Federasiyası ilə atəşkəs əldə edildikdən sonra".
HİT.az xəbər verir ki, bunu BBC-yə müsahibəsində müdafiə naziri Con Hili deyib.
Jurnalistlərlə söhbətində o qeyd edib ki, “istəklilər koalisiyası” sülhün təmin olunmasına kömək etmək üçün atəşkəsin ilk günündə öz qoşunlarını Ukraynaya göndərməyə hazırdır.
"Atəşkəs olacağı təqdirdə biz Britaniya qoşunlarını Ukraynaya göndərməyə hazırıq. "İstəklilər koalisiyası" ilk gündən hərəkətə keçməyə hazırdır", deyə Hil bildirib.
Böyük Britaniyanın müdafiə naziri Rusiyanın yenidən bu ölkəyə hücum edəcəyi təqdirdə Britaniya qoşunlarının Ukraynada nə edəcəyi ilə bağlı suala birbaşa cavab verməyib. Bununla belə, o, Britaniya hərbçilərinin hücum zamanı özlərini müdafiə etmək hüququna malik olduğunu vurğulayıb.
Hilinin sözlərinə görə, Böyük Britaniya və Fransanın yaratdığı “istəklilər koalisiyası"nın əsas məqsədi Ukraynanın özünü təhlükəsiz hiss etməsi, həmçinin gələcəkdə Rusiyaya qarşı çəkindirməni təmin etmək üçün öz silahlı qüvvələrini bərpa etmək imkanı əldə etməkdir: “Nəticədə, Rusiyanın yenidən işğalına və ya Ukraynaya qarşı təcavüzün yenidən qruplaşmasına və yenilənməsinə qarşı ən güclü çəkindirici vasitə Ukraynanın gücüdür”.
Samir