ABŞ-da dövlət işçilərinin 300 min nəfəri ixtisar ediləcək

DÜNYA
17:28 / 15.08.2025
43

Bu yaxınlarda ABŞ prezidenti Donald Trampın administrasiyasında İnsan Resursları İdarəsinin rəhbəri təyin edilmiş Skott Kupor ilin sonuna qədər federal işçilərin sayının 300 min nəfər azalacağını bildirib. 

HİT.az xəbər verir ki, beləliklə, onların sayı təxminən 2,4 milyon olan 2025-ci ilin əvvəli ilə müqayisədə 12,5% azalacaq.

Donald Tramp ilin əvvəlində vəzifəyə gəldikdən dərhal sonra dövlət işçilərini ixtisar etməyə başlayıb. Yanvarda ABŞ prezident administrasiyası federal hökumət işçilərinə maaşların sentyabrın sonuna qədər, yəni səkkiz ay ödənilməsi müqabilində işdən çıxmağı təklif edib.

Bir müddət milyarder İlon Maskın rəhbərlik etdiyi yeni ABŞ Hökumətinin Effektivliyi Departamenti (DOGE) işçilərin sayının azaldılması kampaniyasında fəal iştirak edib. "Reuters"in hesablamalarına görə, ilin əvvəlindən iyulun sonuna qədər ümumilikdə 154 min federal işçi istefa verib və ya işdən çıxarılıb.

Kuporun bəyanatı o deməkdir ki, ilin sonuna qədər təxminən eyni sayda dövlət qulluqçusu işdən çıxarılmalı olacaq. Onun sözlərinə görə, onların 80%-nin öz istəyi ilə istefa verəcəyi, yalnız 20%-nin işdən çıxarılacağı ehtimal edilir.

Samir

0