Turistlər İtaliyanın ən gözəl yerlərindən biri ilə bağlı xəbərdarlıq: Bunu etməyin!

DÜNYA
23:14 / 20.08.2025
43

İtaliyanın ən gözəl yerlərindən biri hesab edilən Polinyano-a-Mare qəsəbəsində turistlər qayalardan "düşünmədən" tullanmağı dayandırmağa çağırılıb.

HİT.az "The Independent"ə istinadən xəbər verir ki, yerli hakimiyyət orada bir adamın həyatını itirməsindən sonra belə bir xəbərdarlıqla çıxış edib.

Xəbərlərə görə, 23 yaşlı sisiliyalı Françesko Aronika, keçən həftə sonu Apuliya regionunun Polinyano-a-Mare şəhərindəki Lama-Monakile qayasının çıxıntısından tullanan zaman başını daşa dəyərək Monopoli şəhər xəstəxanasında həyatını itirib.

Eyni zamanda, yerli hakimiyyət hadisəyə görə sosial şəbəkələri və bəzi turistlərin düşünmədən hərəkət etməsini günahlandırır.

Məsələ burasındadır ki, hər il iyun ayında şəhərdə Red Bull Qayadan Tullanma Dünya Seriyasının mərhələsi keçirilir, bu zaman peşəkar cəsarətli dalğıclar dənizə qayalardan tullanırlar. Bəzi turistlər bu tədbirdən videolara baxdıqdan sonra bu təcrübəni təkrarlamaq qərarına gəlirlər - və heç də həmişə uğurlu olmur.

"Bu, bütün gənclər üçün bir dərs olsun: həyat - kövrək bir hədiyyədir və bunu əbədi olaraq dəyişdirmək üçün bir an kifayətdir. Daha çox fəhm, daha çox ehtiyat, özünüzə və həyatınıza daha çox hörmət lazımdır", deyə Polinyano-a-Mare şəhər şurasının sədri Anna de Donato bildirib.

Samir

0