ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətləri (USCIS) daimi yaşayış, vətəndaşlıq və ya ölkəyə daxil olmaq hüququ üçün namizədlər üçün tələblərin siyahısını yeniləyib. İndi bütün gələnlər antiamerikan baxışlara və hərəkətlərə görə yoxlanılacaq.
HİT.az xəbər verir ki, USCIS indi ölkəyə giriş üçün müraciətlərə baxarkən “anti-Amerika” və antisemit baxışların təşviqi və ya dəstəklənməsini, xüsusən də antisemit terror təşkilatları ilə hər hansı əlaqəni “son dərəcə mənfi amil” kimi nəzərdən keçirəcək.
Eyni zamanda, agentlik sənəddə “antiamerikan baxışların” nədən ibarət olduğunu dəqiqləşdirmir. Və "The Wall Street Journal"ın qeyd etdiyi kimi, yeniliklər Soyuq müharibənin, xüsusən də kommunist partiyalarının üzvlərinin ölkəyə girişinin qadağan edildiyi vaxt normalarına çox oxşardır.
Yeniliklərlə yanaşı, mənfi amillərə ənənəvi olaraq ağır cinayətlər, narkomaniya, sərxoş vəziyyətdə avtomobil idarə etmə, yol hərəkəti qaydalarının sistematik şəkildə pozulması daxildir. Müsbət amillərə ali təhsil, sabit iş təcrübəsi, ailə üzvlərinin qayğısına qalmaq, ictimai həyatda iştirak daxildir.
Samir