Yaponiya hakimiyyəti ciddi şəkildə öz arsenalında nüvə silahının olması zərurətini düşünür. Onları bu cür düşünməyə vadar edən Donald Trampın son dərəcə dəyişkən xarici siyasəti Yaponiya qanunvericilərini ABŞ ilə hərbi tərəfdaşlığın etibarlılığına şübhə ilə yanaşmağa məcbur edir.
HİT.az bu barədə "Reuters"ə istinadən xəbər verir
Yaponiyanın hakim Liberal Demokrat Partiyasının nüfuzlu Milli Təhlükəsizlik Şurasının üzvü Rui Matsukava deyir: "Biz ABŞ-ın mövcudluğunu təbii qəbul edə bilmərik. Tramp o qədər gözlənilməzdir və bəlkə də bu onun gücüdür, amma düşünürəm ki, bizim hər zaman B planımız olmalıdır".
Yaponiya tarixdə yeganə ölkədir ki, nüvə bombardmanlarından əziyyət çəkmiş və öz ərazisində nüvə silahı istehsal etməmək, malik olmamaq və yerləşdirməmək adlanan üç qeyri-nüvə prinsipini qəbul edib.
Samir