KİV: Tramp Ağ Evdə Finlandiya prezidentini tanımayıb, fon der Leyeni alçaldıb

DÜNYA
17:45 / 20.08.2025
56

ABŞ prezidenti Donald Tramp Ağ Evlə görüşdə Finlandiya prezidenti Aleksandr Stubbı tanımayıb və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyeni də aşağılayıb. 

HİT.az xəbər verir ki, bu barədə Norveçin “Steigan” qəzeti məlumat yayıb.

"Hətta təfərrüatlara varmağın mənası yoxdur, amma görüşdə kifayət qədər kiçik alçaldıcı məqamlar var idi: Trampın Finlandiya prezidentini açıq-aydın tanımamasından (düz qarşısında otursa da, onu tapa bilmədi), rusların ukraynalı uşaqları qaçırması ilə bağlı əvvəlcədən yazılmış sətirlə gələn Trampın Ursulu alçaltmasına qədər", deyə qəzert yazıb.

Qeyd edilir ki, Tramp Ursula fon der Leyeni başqa bir şey haqqında danışmaq üçün görüşdüklərini, yəni burada təbliğatın yersiz və arzuolunmaz olduğunu deyərək susdurub.

Nəşr onu da yazır ki, Tramp heç bir avropalı lideri şəxsən qarşılamayıb.

Avqustun 18-də Ağ Evdə ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Vladimir Zelenski arasında görüş olub. Bundan sonra Tramp Avropanın başçılarını qəbul edib. Görüş Trampın Rusiya prezidenti Vladimir Putinlə Alyaskada apardığı danışıqlardan bir neçə gün sonra baş tutub. Ağ Ev rəhbəri Kiyev və Avropa ilə Ukraynadakı münaqişənin həlli variantlarını, həmçinin ABŞ-Rusiya-Ukrayna üçtərəfli sammitinin keçirilməsi imkanlarını müzakirə edib. Bundan başqa, Trampın vasitəçiliyi ilə Putin və Zelenski arasında görüşün təşkil ediləcəyi gözlənilir.

Məlumdur ki, Vaşinqtonda Ukrayna üçün təhlükəsizlik təminatları müzakirə olunub. Tramp dövlətlərin onların təmin edilməsində köməklik göstərəcəyinə inandırıb, lakin əsas məsuliyyətin Avropa ölkələrinin üzərinə düşməli olduğunu vurğulayıb. Aİ liderləri Kiyevin NATO-ya üzvlüyü ilə birbaşa əlaqəsi olmayan kollektiv zəmanət ideyasını dəstəkləyiblər.

Samir

0