Yüzillik fikri dəyişən tədqiqat: Onu təkcə rilta istifadə etmirmiş

DÜNYA
09:55 / 21.08.2025
36

Verilənlər bazaları və elektronik cədvəllərdən əvvəl insanlar məlumatları qeyd etmək üçün başqa yollar axtarmalı idilər. Maraqlı qeydiyyat sistemlərindən biri də insan saçından hazırlanmış və onluq say sistemini göstərən düyünlərlə bağlanan əlavə iplərin asıldığı khipu olub. Bu khipular Cənubi Amerikanın qərbində yerləşən İnka İmparatorluğunun elistləri arasında geniş yayılıb.

HİT.az xəbər veri ki, yerli tarixçi Felipe Quaman Poma de Ayalanın qadınların da khipu hazırladığını iddia etməsinə baxmayaraq, bu iddia fərziyyə səviyyəsində qaldı. Lakin 19 və 20-ci əsrlərdə, hacienda işçiləri və kəndlilər kimi aşağı statuslu şəxslərin də khipu etdiyi məlumdur.

Yaxın zamana qədər khipuları kimin hazırladığını göstərən birbaşa sübut çox az idi; ancaq khipuya əlavə edilən insan saçının "imza" funksiyası gördüyü və onu istifadə edən şəxsin eyni zamanda onu hazırlayan şəxs olduğunu göstərdiyi bilinirdi. Buna görə də tədqiqatçılar khipudakı saçın elit bir kişiyə aid olmasını gözləyərdilər. Lakin tədqiqatçılar yaxınlarda bir khipunu test edəndə belə bir nəticəyə rast gəlməyiblər.

"Science Advances" jurnalında dərc olunan araştırma üçün bir qrup tədqiqatçı, radiakarbon tarixləndirmə və izotop nisbəti kütlə spektrometrisi istifadə edərək, Son Ufiq Dövrünə aid İnka tipli bir khipunu təhlil edib, saç nümunəsindəki karbon, azot və kükürd nisbətlərini ölçdü və bu sayətdə bu şəxsin nə vaxt və harada yaşadığı, həmçinin onun qida rətionu haqqında məlumat əldə edib.

Əldə edilən məlumatlar isə aşkar edib ki, bu şəxs aşağı həyat səviyyəsində yaşayan biri olub. Məlum olub ki, bu şəxsin əsasən kök və yaşıl bitkilərdən ibarət qida rətionu var idi. Yəni o, daha çox ət və qarğıdalı əsaslı qida rətionuna malik olan İnka elistlərindən biri deyil. Tədqiq olunan saçın sahibinin qida rətionu dövrün adi insanlarının qida rətionuna daha uyğun gəlir.

Nəticə etibarilə, indi İnka cəmiyyətlərində khipu-nun ehtimal ediləndən daha geniş yayılmış bir vasitə olduğu ümumi qəbul görəcək kimi görünür.

Samir
 

0