Britaniyalı cütlük evlərini təmir edərkən təsadüfən qiymətli bir dəfinə tapıblar.
HİT.az xəbər verir ki, bu barədə popularmechanics.com məlumat yayıb.
Uest Dorsetdə Robert və Betti Fuks cütlüyü mətbəxlərində tavan hündürlüyünü qaldırmaq qərarına gəldikdə 17-ci əsr sikkələrinə rast gəliblər.
Robert keramika qabını çubuqla vuraraq, Birinci İngilis Vətəndaş Müharibəsi dövründən təxminən 100 sikkə aşkar edib. Dəfinədə Kral I Ceyms və I Çarlzın qızıl sikkələri, həmçinin I Elizabet və dövrün digər monarxlarına məxsus müxtəlif nominallı gümüş sikkələr var. Kolleksiya bu yaxınlarda hərracda təxminən 75 min dollara satılıb.
Cütlük dərhal bununla bağlı 1642-44-cü illərə aid edildiyi Britaniya Muzeyini xəbərdar edib. Sikkələrin aid olduğu dövrdə əsgərlər evlərə soxularaq ərzaq və qiymətli əşyalar oğurlaya bildiyi üçün insanlar pullarını gizlədiblər. Ailələr özlərini qorumaq üçün əmanətlərini müharibədən sonra toplamaq ümidi ilə divarlarda gizlədiblər.
"Əgər biz döşəməni endirməsəydik, onlar hələ də orada gizlənəcəkdilər. Güman edirəm ki, kimsə onları almaq niyyətində olub, lakin heç vaxt bu şansı olmayıb", deyə Betti Fuks bildirib.
Samir