ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard bir neçə həftə əvvəl Rusiya-Ukrayna sülh danışıqları ilə bağlı məlumatı ən yaxın müttəfiqlərlə paylaşmamaq barədə göstəriş verib.
HİT.az xəbər verir ki, CBS News-un kəşfiyyat mənbələrinə istinadən verdiyi məlumata görə, iyulun 20-də Qabbard tərəfindən imzalanmış memorandum təşkilatlara ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiyanın daxil olduğu "Beş Göz" alyansı ilə məlumat paylaşmağı qadağan edib.
"Rəsmilər bildiriblər ki, direktiv Rusiya-Ukrayna sülh danışıqları ilə bağlı bütün analitik və məlumatı NOFORN (xaricdə yaymaq üçün deyil) kimi təsnif edir, yəni məlumatı başqa ölkə və ya xarici ölkə vətəndaşı ilə paylaşmaq olmaz", deyə nəşr yazıb.
Eyni zamanda, CBS News qeyd edir ki, memorandum ABŞ kəşfiyyat birliyi tərəfindən toplanmış diplomatik məlumatların və ya danışıqlara aid olmayan hərbi əməliyyat məlumatlarının, məsələn, ABŞ-ın Ukrayna hərbçiləri ilə onların müdafiə əməliyyatlarını asanlaşdırmaq üçün paylaşdığı məlumatların mübadiləsinə mane olmur.
Bundan əvvəl ABŞ-ın vitse-prezidenti Cey Di Vens bildirmişdi ki, Avropa ölkələri Ukraynanın təhlükəsizlik zəmanətləri ilə bağlı xərclərin "aslan payını" ödəməli olacaqlar.
Reuters yazır ki, təhlükəsizlik zəmanətlərinin planlaşdırılması üzərində iş davam edir və əlavə edir ki, Vaşinqton hələ də öz rolunun miqyasını müəyyənləşdirir.
Eyni zamanda, Reuters mənbələri, variantlardan birinin Avropa qoşunlarının komandanlıq və nəzarətin ABŞ-a verilməsi ilə Ukraynaya göndərilməsi olduğunu bildirib.
Samir