Kaya Kallas: "Putin istədiyini aldı, indi sadəcə gülür"

DÜNYA
20:59 / 22.08.2025
46

"Alyaskada və Vaşinqtonda keçirilən sammitlər Rusiya lideri Vladimir Putinə tam istədiyini verdi".

HİT.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət departamentinin rəhbəri Kaya Kallas deyib.

O, Kremlin ABŞ prezidenti Donald Trampın Ukraynada sülhün bərqərar olması səylərini ələ saldığını bildirib. Kallas hesab edir ki, Trampın Ukraynadakı müharibəni bitirmək səyləri Putinə böyük təbliğat qələbəsi qazandırıb: "Aydındır ki, Rusiya sülh istəmir. Putinin indiyə qədər verdiyi bütün vədləri yerinə yetirməyib".

Kallas Trampın atəşkəsə nail olmaq səylərini alqışlayıb, lakin Putinin Alyaskadan sonra danışıqlar masasına əyləşməyə daha az meylli olduğunu, çünki o, bu görüşdən istədiyinə nail olduğunu bildirib: "Putin sadəcə gülür, qətlləri dayandırmır, əksinə, onların sayını artırır".

O xatırladıb ki, Rusiya təcavüzkar olmasına baxmayaraq, danışıqlarda hələlik heç bir güzəştə getməyib. Eyni zamanda, o vurğulayıb ki, Ukrayna tərəfindən ərazilərin təhvil verilməsi ilə bağlı danışıqlarda əsas diqqət Putinin bizi şirnikləndirmək istədiyi tələdir.

Kallas bildirib ki, Ukraynanın hazırkı koalisiyadakı müttəfiqləri hələlik konkret addımlar atmayıb və onların Ukraynada gələcək çəkindirici qüvvəyə hansı töhfə verə biləcəklərinə və bunun hansı formada olacağına qərar vermək onların işidir: "Rusiya sadəcə olaraq yenidən toplanacaq və yenidən hücuma keçəcək, ona görə də biz əmin olmalıyıq ki, gələcəkdə bunu etməyəcək".

Samir

0