Arxeoloqlar BƏƏ-də gips xristian xaçı tapdı: Bu niyə vacibdir?

DÜNYA
19:39 / 25.08.2025
43

Arxeoloqlar Birləşmiş Ərəb Əmirliklərində aparılan qazıntılar zamanı 1400 yaşlı tam bir gips xaç tapıblar. 

HİT.az bu barədə "Live Science" jurnalına istinadən xəbər verir.

Qeyd edilir ki, xristian simvolu nəhayət, onillər əvvəl aşkar edilmiş bir sıra binaların monastırın bir hissəsi olduğunu sübut edir.

"Bu, bizim üçün çox həyəcanlı bir vaxtdır. Bizim heç vaxt bu binaların xristianlar tərəfindən məskunlaşıldığına dair konkut sübutumuz olmayıb", deyə Əbu-Dabi Mədəniyyət və Turizm Departamentinin arxeoloqu Mariya Qayevska bildirib.

Maraqlıdır ki, 1992-ci ildə Əbu-Dabidən 170 kilometr cənub-qərbdə yerləşən Sir-Bani-Yas adasında həyətləri olan doqquz kiçik bina qazılmışdı. Yaxınlıqda arxeoloqlar bizim eranın VII-VIII əsrlərinə aid edilən kilsə və monastır aşkar etmişdilər. Lakin hələlik bu binaların monastır yaşayış məntəqəsi ilə əlaqəli olub-olmadığı aydın deyil.

Bu il arxeoloqlar qazıntıları davam etdirmək üçün Sir-Bani-Yas adasına qayıdıblar. Binalardan birinin həyətində təxminən 30 santimetr uzunluğunda xristian xaçı formasında gips bir lövhə tapıblar. Qayevska deyib: "Bu xaçla indi sübut etdik ki, bu binalar xristian yaşayış məntəqəsinin bir hissəsi idi".

Onun sözlərinə görə, yaşlı rahiblər yəqin ki, təkbətək qalmaq və dua etmək üçün bu binalarda yaşayır, sonra isə yenidən monastırda qardaşları ilə birləşirdilər.

Əbu-Dabi mətbuat xidmətinin açıqlamasına görə, Sir-Bani-Yas həmin dövrdə regionda xristian ibadət yerlərindən yalnız biri idi. Xristianlıq IV və VI əsrlər arasında İslamın VII əsrdə gəlişindən əvvəl bütün Fars körfəzinə yayılmışdı. Müsəlmanlar və xristianlar VIII əsrdə monastır tərk edilənə qədər Sir-Bani-Yas adasında yaşamışdılar.

"Yeni qazıntılar adanın sakinlərinin yaşayış tərzini və ətraf regionlarla əlaqələrini daha yaxşı başa düşməyimizə kömək edir", deyə Əbu-Dabi Mədəniyyət və Turizm Departamentinin arxeoloçu Həqər Həsən Əlmenhali bildirib.

Samir
 

0