Britaniyada mağazalardan rekord sayda oğurluq hadisəsi olub

DÜNYA
20:20 / 25.08.2025
45

2024-cü ilin martından 2025-ci ilin martına qədər Böyük Britaniyada rekord sayda mağazadan oğurluq hadisəsi baş verib. 

HİT.az xəbər verir ki, bu barədə “Times” qəzeti ölkə parlamentinə daxil olan məlumatlara istinadən məlumat yayıb.

Ümumilikdə, İngiltərə və Uelsdə 12 ay ərzində 530 643 mağazadan oğurluq hadisəsi qeydə alınıb. Bu, son 20 ildən artıq müşahidənin ən yüksək səviyyəsidir.

Gün ərzində 800-ə yaxın mağazadan oğurluq hadisəsi açılmamış qalıb ki, bu da ildə 289 mindən çox belə cinayətə bərabərdir. Qəzet qeyd edir ki, mağazalardan oğurluq hallarının yalnız 18%-i hüquq-mühafizə orqanları tərəfindən ittiham olunub.

Samir
 

0