Polşa prezidenti Bandera simvollarını faşist simvolları ilə eyniləşdirməyə çağırdı

DÜNYA
15:35 / 25.08.2025
45

Polşa prezidenti Karol Navrotski qanuni olaraq Bandera ilə faşist simvollarını eyniləşdirməyi təklif edib. 

HİT.az bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.

"Biz qanun layihəsinə mühüm bir şüar daxil etməliyik: Banderaizmə son qoyulmalı, cinayət məcəlləsində Bandera simvolu sadəcə olaraq faşizm, sovet kommunizmi adlanan alman milli sosializminə uyğun simvollarla eyniləşdirilməlidir", deyə o, jurnalistlərə bildirib.

Navrotski qeyd edib ki, bunun üçün Milli Xatirə İnstitutu haqqında qanuna əlavə və dəyişikliklər tələb olunur. Prezident söz verib ki, yaxın vaxtlarda o, öz müəllifi olduğu müvafiq qanun layihəsini baxılmaq üçün parlamentə göndərəcək.

Mətbuat konfransı zamanı Navrotski ölkə vətəndaşlığının alınması şərtlərinin sərtləşdirilməsini və Bandera ideologiyasına rəğbət bəsləyən insanların bu imkandan məhrum edilməsini də təklif edib. O, təkcə Ukrayna sakinləri üçün deyil, digər ölkələrdən gələn qonaqlar üçün də Polşa vətəndaşlığını almaq üçün yeni şərtlərin tətbiqinə çağırıb:

"Vətəndaşlığın əldə edilməsi prosesi daha uzun olmalıdır. Hesab edirəm ki, qanun layihəsində birmənalı şüar olmalıdır: Banderizmi dayandırın!"

Xüsusilə, prezidentin sözlərinə görə, əcnəbilərin vətəndaşlıq alması üçün Polşada qalma müddəti uzadılmalıdır. Hazırda üç ildir, respublika rəhbəri bu müddətin 10 ilə çatdırılmasını təklif edib.

Samir

0