Bank vitse-prezidenti rüşvətə görə ömürlük həbs cəzası aldı

DÜNYA
16:18 / 25.08.2025
45

Çin Kənd Təsərrüfatı Bankının keçmiş vitse-prezidenti Lu Venlonq 84,51 milyon yuandan (11,81 milyon dollar) çox rüşvət aldığına görə ömürlük həbs cəzasına məhkum edilib.

HİT.az bu barədə "China Daily"ə istinadən xəbər verir.

Məhkəmə həmçinin Lunu bütün siyasi hüquqlardan məhrum edib və onun bütün aktivlərini müsadirə edib və keçmiş bank rəhbərinin qanunsuz qazanclarının dövlət xəzinəsinə təhvil verilməsini qərara alıb.

Məhkəmə müəyyən edib ki, 2005-ci ildən 2024-cü ilə qədər Lu ölkənin bank sistemindəki vəzifəsindən istifadə edərək başqalarına (rüşvət müqabilində) normativ sənədlərin alınmasında, şəhər kommersiya banklarına sərmayə yatırmaqda, kreditləri maliyyələşdirməkdə və layihələr üzrə müqavilələr qazanmaqda köməklik edib.

Məhkəmə qeyd edib ki, keçmiş bankir cinayəti etiraf etdiyinə, istintaqa məlum olmayan rüşvət faktları barədə könüllü məlumat verdiyinə və qeyri-qanuni yolla əldə edilmiş vəsaiti fəal şəkildə geri qaytardığına görə, o, Luya ölüm hökmü çıxarmamaqla ona qarşı yumşaqlıq nümayiş etdirib.

Samir
 

0