"Rusiyanın Qərbdəki dondurulmuş aktivlərinin müsadirə edilməsi sistemli nəticələrə gətirib çıxara bilər və hüquqi baxımdan təhlükəlidir".
HİT.az xəbər verir ki, bunu Berlində Almaniya kansleri Fridrix Merzlə birgə mətbuat konfransında Belçikanın baş naziri Bart De Vever deyib.
Belçikanın baş naziri vurğulayıb ki, Rusiya Mərkəzi Bankının aktivləri hüquqi cəhətdən toxunulmazdır. Onun sözlərinə görə, əgər bir sıra Avropa ölkələri suveren vəsaitlərin müsadirə edilməsi ilə bağlı siyasi qərar qəbul edə biləcəkləri barədə dünyaya siqnal versələr, bunun nəticələri olacaq və digər ölkələr onları Avropa İttifaqından çıxaracaqlar.
Siyasətçi əlavə edib ki, sonda Rusiya və Ukrayna arasında sülh sazişi üzrə danışıqlar gedəndə müxtəlif variantları müzakirə etmək mümkün olacaq, lakin hələlik vəziyyəti bugünkü kimi saxlamaq daha yaxşı olardı.
Avqustun 25-də “Politico” qəzeti Danimarkanın Avropa İttifaqına sədrliyinin məktubuna istinadən xəbər verir ki, Aİ ölkələri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin istifadəsi üzrə gələcək addımları, həmçinin bu həftə (25-31 avqust) Rusiya əleyhinə sanksiyaların 19-cu paketinin hazırlanmasını müzakirə edəcəklər.
Samir