Boliviya prezidentliyinə namizəd Xorxe "Tuto" Quiroga litium hasilatı üçün Rusiya və Çin ilə çox milyardlıq müqavilələrdən imtina edəcəyinə söz verib.
HİT.az xəbər verir ki, o, bu barədə “Frans Press” agentliyinə müsahibəsində bildirib.
"Biz hazırkı prezident Luisin Arsenin imzaladığı bu müqavilələri tanımırıq. Onları dayandıracağıq, təsdiqlənməyəcəyik", deyə Xorxe "Tuto" Quiroqa bildirib.
Prezidentliyə namizəd əlavə edib ki, oktyabrda keçiriləcək seçkilərdə qalib gəlsə, Boliviyanın alyanslarında böyük dəyişikliklər həyata keçirəcək.
Qeyd edəl ki, avqustun 17-də keçirilən birinci turda o, 26,4% səs toplayıb. Quiroqa sağ mərkəzçi senator Rodriqo Paza (32,8%) uduzaraq ikinci yeri tutub. İkinci tur oktyabrın 19-da keçiriləcək.
Samir