Bermud üçbucağı ilə bağlı yeni nəzəriyyə: Nirr həll olundumu?

DÜNYA
19:14 / 27.08.2025
46

Bir əsri aşan müddətdə saysız-hesabsız təyyarə və gəminin heç bir iz buraxmadan itdiyi Bermud Şeytan Üçbucağı dünyanın ən böyük sirlərindən biri olmaqda davam edir. 

HİT.az xəbər verir ki, Florida, Porto Riko və Bermud arasında qalan bu dəniz bölgəsi fövqəltəbii iddialardan elmi-fantastika ssenarilərinə qədər çoxlu nəzəriyyəyə mövzu olub. Lakin İngiltərədəki Sempton Universitetindən bir okean alimi bu sirrin artıq fövqəltəbii izahlara ehtiyac duymaya biləcəyini söyləyir.

Dr. Simon Boxalla görə, bölgədəki itkinliklərin arxasında əslində daha real və təhlükəli bir təbii hadisə dayanır: Quldur dalğalar... Quldur dalğalar, başqa adı ilə "serseri dalğalar" açıq dənizlərdə gözlənilməz anda peyda olan nəhəng su divarlarıdır. Ətrafdakı normal dalğaların iki qat hündürlüyünə çata bilən bu quruluşlar bəzən 30 metrı belə keçə bilir. Qəflətən və qeyri-adi istiqamətlərdən gələn bu dalğalar xüsusilə böyük gəmilər üçün ölümcül ola bilər.

Dr. Boxall, Bermud Şeytan Üçbucağının bu quldur dalğaların yaranması üçün ideal şəraitə malik olduğunu qeyd edir. Bölgə cənub və şimaldan gələn fırtınaların kəsişmə nöqtəsində yerləşir. Həmçinin Florida sahillərindən gələn başqa dalğalarla birləşdikdə ortaya çıxa biləcək qüvvə ən böyük gəmiləri belə bir neçə dəqiqə ərzində sulara basdıra bilər.

Quldur dalğaların potensial təsirini izah edən ən çarpıcı nümunələrdən biri 1918-ci ildə USS Cyclops adlı ABŞ kömür daşıma gəmisinin itkisidir. Braziliyadan ABŞ-yə qayıdarkən Bermud Şeytan Üçbucağından keçən bu nəhəng gəmi nə bir kömək çağırışı göndərib, nə də ondan bir iz qalıb. 306 nəfərlik ekipajla birlikdə yoxa çıxan gəmi uzun illərdir sui-qəsd nəzəriyyələrinə material olur.

Lakin Dr. Boxall, bu itkinin fövqəltəbii səbəblərlə deyil, ehtimal olunan bir quldur dalğa ilə izah oluna biləcəyi fikrindədir. Hətta qrupu ilə birlikdə gəminin miqyaslı bir modelindən istifadə edərək belə bir ssenarini simulyasiya edib. Əldə etdikləri nəticələr olduqca diqqətçəkəndir: Nəhəng ölçülərinə baxmayaraq, gəmi bu cür bir dalğa qarşısında cəmi iki-üç dəqiqə ərzində bata bilər.

Bu nəhəng dalğaların tam olaraq necə yarandığı hələ də dəqiq məlum deyil. Lakin alimlər birdən çox dalğanın eyni anda birləşərək nəhəng bir enerji yığılması yarada biləcəyini düşünürlər. Fırtınalar da bu birləşməni səbəb olaraq dalğa enerjisini tək bir istiqamətə yönləndirə bilir. Bu da dənizdə üzən gəmilər üçün böyük bir təhdid yaradır.

Dr. Boxallın izahlarına görə, dalğa o qədər dik ola bilər ki, gəmini özünün iki təpəsi arasında asılı vəziyyətdə buraxar. Gəmi dayaq ala biləcəyi suyu itirərsə, gövdəsi ortadan qırılarak bata bilər. Xüsusilə böyük və düz dibli gəmilər bu təsirlə parçalana bilər.

Bermud Şeytan Üçbucağı illərdir sirli bir bölgə kimi tanınsa da, bəzi alimlər əslində burada baş verən itkilərin dünya üzrə digər sıx dəniz bölgələrindəkindən daha çox olmadığını bildirirlər. ABŞ Milli Okean və Atmosfer İdarəsi (NOAA) və beynəlxalq sığorta şirkəti Lloyd’s of London kimi qurumlar Bermud Üçbucağında qeyri-adi bir itkinlik nisbəti olmadığını hesabatlayır. Və bu izah təyyarə qəzalarını da əhatə edir.

Ətraf mühit amillərinin təsiri isə laqeyd edilə bilməyəcək səviyyədədir. Karib dənizindəki çoxsaylı ada və dayaz su sahələri xüsusilə təcrübəsiz ekipajlar üçün ciddi risk yarada bilər. Üstəlik bölgə tez-tez ani tropik fırtınalara da məruz qalır.

Hələlik UNO-lar, paralel kainatlar və fövqəltəbii varlıqlar kimi nəzəriyyələr populyarlığını qorusa da, elm dünyası bu cür hadisələrə daha məntiqli izahlar gətirməyə çalışır. Dr. Boxallın quldur dalğa nəzəriyyəsi də Bermud Şeytan Üçbucağı sirrini yer elmi və okean dinamikası ilə izah etmə səylərinin ən aktual nümunələrindən biridir.

Samir

0