Leyləklər hara uçur? - Mütəxəssis quşların miqrasiyasının sirlərini açıqladı

DÜNYA
21:42 / 27.08.2025
41

Leyləkların uzun payız uçuşu Cənubi Afrikayadək uzanır. 

HİT.az xəbər verir ki, bu barədə Şevçenko adına Kiyev Milli Universitetinin biologiya və tibb institutunun ekologiya və zoologiya kafedrasının dosenti, biologiya elmləri namizədi, "Piryatin" milli təbiət parkının aparıcı əməkdaşı Anatoli Podobaylo danışıb.

Onun sözlərinə görə, xalq arasında yayılmış leyləklər mütləq martda gəlir və avqustun 19-da uçur fikirləri həqiqətə uyğun deyil. Müşahidələr göstərir ki, quşların gəliş və gediş tarixləri hər il dəyişir. Son 30 ilin təhlili isə göstərir ki, iqlim dəyişikliyi səbəbindən leyləklər geriyə erkən qayıdır və daha gec uçub gedirlər.

Podobaylo bildirib ki, payız miqrasiyası yazdakından az nəzərə çarpır, lakin hər gün böyük əhəmiyyət daşıyır. Erkən gələn cütlüklərin balalarını böyütməyə daha çox vaxtı olur, gec gələnlər isə yuva tapa bilməyib sıfırdan qurmalı olur, bu isə balaların güclənməsinə mane ola bilər.

Ekspertin sözlərinə görə, leyləklər payızda kiçik qruplar halında birləşir və isti hava axınlarını gözləyirlər. Bu axınlardan istifadə edərək minlərlə kilometr yol qət edə bilirlər. Cavan quşlar bir qədər tez, böyüklər isə bir qədər gec yola çıxırlar. Podobaylonun müşahidələrinə əsasən, bir ailənin balaları iyulun sonlarında uçub, valideynlər isə yalnız ilk miqrasiya dalğası səngidikdən sonra yola düşüblər.

Miqrasiyanın marşrutu belədir: leyləklər Dnepr boyunca cənuba enir, Qara dənizi Rumıniya və Bolqarıstan üzərindən ötüb Yaxın Şərqə (Livan, İsrail) çatır, sonra Afrika buynuzuna uçurlar. Səhranın şərq kənarını dolandıqdan sonra Cənubi Afrikada yayılırlar. Bəziləri Efiopiya və ya Cənubi Sudanda dayanır. Səyahət hava şəraitindən asılı olaraq bir aydan çox davam edə bilər.

Leylək balalarının yolu necə tapmasına gəlincə, ekspert bunun genetik instinkt olduğunu bildirib. Onlar günəşə, ulduzlara, yerin maqnit sahəsinə və relyefə – çaylara və dağlara – əsaslanaraq istiqamət seçirlər. Afrikada isə yuva qurmurlar, çünki isti və quraq iqlim, su və yem çatışmazlığı balaların böyüməsinə imkan vermir.

Samir
 

0