Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen ABŞ-ın müvəqqəti işlər vəkilini Vaşinqtonun Qrenlandiyada "təsir kampaniyası" aparması ilə bağlı xəbərlər fonunda nazrliyə çağırıb.
HİT.az xəbər verir ki, bu barədə Danimarkanın DR telekanalı məlumat yayıb.
Daha əvvəl yayımçı xəbər vermişdi ki, ABŞ prezidenti Donald Trampa yaxın olan amerikalılar ada ilə Danimarka arasında nifaq salmaq üçün Qrenlandiya cəmiyyəti daxilində gizli iş aparır, adanı Amerika dövlətinə birləşdirmək imkanı yaratmaq üçün ABŞ-a dost və mənfi münasibət bəsləyən qrenlandiyalılar haqqında məlumat toplayırlar.
Rasmussen Danimarkanın daxili işlərinə hər hansı müdaxilə cəhdinin qəbuledilməz olacağını vurğulayıb. O əlavə edib ki, bununla əlaqədar Xarici İşlər Nazirliyindən ABŞ-ın müvəqqəti işlər vəkilini söhbətə çağırmağı xahiş edib.
Tramp dəfələrlə bəyan edib ki, Kanada və Qrenlandiya ABŞ-ın bir hissəsi olmalıdır. Onun sözlərinə görə, o, həm də Panama kanalını ABŞ-ın nəzarətinə qaytarmaq niyyətindədir.
Samir