Mart ayında Çin prezidenti Si Szinpin ABŞ-ın Çin məhsullarına tətbiq etdiyi rüsumlar fonunda Hindistan prezidenti Draupadi Murmuya məktub yazıb.
HİT.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Bloomberg" məlumat yayıb.
"Vəziyyətlə tanış olan hindistanlı rəsminin sözlərinə görə, Çin prezidenti Si Szinpin hindistanlı həmkarı Draupadi Murmuya məktub yazıb", deyə nəşrin açıqlamasında bildirilir.
Qeyd olunur ki, Çin prezidenti müvafiq addımı münasibətləri yaxşılaşdırmaq üçün suları sınaqdan keçirmək məqsədilə atıb. Sənəddə, agentliyin yazdığı kimi, ABŞ-ın Çinin maraqlarına zərər verə biləcək hər hansı sövdələşmədən narahatlığı ifadə olunub.
Nəşr məktubu "gizli" adlandırır. Məqalədə qeyd edilir ki, məhz bu məktub Hindistanla əlaqələri canlandırıb.
"Bloomberg" xəbər verir ki, eyni zamanda, Hindistan hökuməti də Çinlə münasibətləri yaxşılaşdırmaq üçün yalnız iyun ayında ABŞ-la danışıqların gedərək daha da gərginləşdiyi vaxtda ciddi səylər göstərməyə başlayıb.
Avqustun 28-də ABŞ prezidentinin ticarət və istehsal üzrə baş müşaviri Piter Navarro Bloomberg TV-yə bildirib ki, Vaşinqton tarifləri 50%-ə qaldırdıqdan sonra belə Hindistanın Rusiya neftindən imtina etməmək qərarına çaşıb.
Samir