Navroçki Trampla görüşə gedir

DÜNYA
18:29 / 28.08.2025
45

Polşa prezidenti Karol Navroçki gələn həftə ABŞ paytaxtına səfər edəcək və burada amerikalı həmkarı Donald Trampla görüşəcək. 

HİT.az xəbər verir ki, bu barədə jurnalistlərə prezident administrasiyasının beynəlxalq siyasət bürosunun rəhbəri Marçin Pşidaç məlumat verib.

O bildirib ki, danışıqlar sentyabrın 3-nə planlaşdırılıb.

"Vaşinqtona səfər Ağ Evə səfərlə, birbaşa ABŞ prezidenti Donald Trampla əvvəlcə kiçik dairədə, sonra isə nümayəndə heyətlərinin tərkibində söhbətlə başlayacaq", deyə rəsmi bildirib.

Onun sözlərinə görə, Navroçki Amerika paytaxtına səfərini başa vurduqdan sonra Romaya, oradan da Vatikana gedəcək. Burada o, Papa XIV Leo ilə görüşəcək. Polşa lideri Litva və Finlandiyaya da səfər etmək niyyətindədir.

Avqustun 6-da Polşa parlamentinin plenar iclas zalında Karol Navroçkinin andiçmə mərasimi olub. Bu münasibətlə Tramp Polşanın yeni liderinə hədiyyə göndərib - ABŞ-ın gerbi olan Amerika qartalının surətini. Vəziyyəti şərh edən Pşidaç bildirib ki, Ağ Evin ev sahibinin bu jesti iki dövlət başçıları arasında sıx münasibətlərdən xəbər verir.

Samir
 

0