Türkiyədəki böyük yanğınların səbəbi kimdir?

DÜNYA
13:00 / 01.09.2025
47

Yay ayları ərzində Türkiyə, Yunanıstan və Kipr üçbucağında çoxsaylı və dağıdıcı yanğınlar baş verib. Alimlər bu yanğınların səbəbini araşdırmaq üçün intensiv iş aparır və nəticələr əsasən gözlənilən istiqaməti göstərir: İqlim dəyişikliyi.

HİT.az xəbər verir ki, "World Weather Attribution" (WWA) tərəfindən aparılan tədqiqata görə, qlobal istiləşmə meşə yanğınlarının başvermə ehtimalını 10 dəfə artırıb. London "Imperial College" Ətraf Mühit Siyasəti Mərkəzinin şərhində isə vurğulanır ki, araşdırma daha isti və daha quru şəraitə doğru çox güclü iqlim dəyişikliyi siqnallarını ortaya qoyur.

Avropa və Türkiyədəki yanğınların əsas səbəbinin orta temperaturun cəmi 1,3 dərəcə artması olduğu ehtimal edilir. Alimlər xəbərdarlıq edirlər ki, əgər tədbirlər görülməsə, yaxın gələcəkdə orta temperaturun 3 dərəcədən çox artacağı gözlənilir.

Digər tərəfdən, Türkiyədə baş verən yanğınlarla bağlı bölgə sakinlərinin çəkdiyi görüntülərdə hələ yanğın başlamamış, insanın daxil olmasının çox çətin olduğu dik yamaclarda kilometrlərlə uzanan alov xətləri görünüb.

Bu da sual doğurur: Həqiqətənmi yanğınların səbəbi yalnız dünyanın isinməsi və iqlim dəyişikliyidir, yoxsa bəzi beynəlxalq güclər iqtisadi və siyasi təsir qazanmaq məqsədilə inkişaf etmiş texnologiyalarla bu yanğınları süni şəkildə törədir? Bu sualın cavabını bir gün öyrənmək mümkün olacaqmı, hələ ki, bəlli deyil.

Samir

0