Lukaşenko: Dünyada çoxqütblük artıq başa çatıb

DÜNYA
17:37 / 01.09.2025
42

"Çoxqütblü dünya artıq sona çatıb və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və BRİKS Qərbə qarşı ciddi əks çəkiyə çevrilir". 

HİT.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko ŞƏT-in Tyantszində keçirilən geniş iclasında deyib.

Onun fikrincə, çoxqütblülük dövrü artıq bitib. Prezident əlavə edib ki, təşkilatın vətənində keçirilən görüş də bundan xəbər verir.

Lukaşenko həmçinin bildirib ki, ŞƏT və BRİKS digər təşkilatlarla - G7 və ya G20 ilə rəqabət aparmağa və ya onlara zərər verməyə hazırlaşmır. Onlar bu təşkilatlara əks çəkiyə çevrilmək niyyətindədirlər.

Belarus lideri ŞƏT çərçivəsində birgə istehsalın inkişaf etdirilməsinə, müasir texnologiyaların mübadiləsinə, maşınqayırma, kənd təsərrüfatı maşınlarının istehsalı, nəqliyyat, tibb, robototexnika və süni intellekt sahələrində əməkdaşlığın genişləndirilməsinə çağırıb.

O vurğulayıb ki, Avrasiya məkanında sülh arzu yox, reallıq olmalıdır. Lukaşenko həmçinin təhlükəsizliyə təhdid və çağırışlarla mübarizə üçün ŞƏT mexanizmlərinin təkmilləşdirilməsinin tərəfdarı olduğunu bildirib.

Avqustun 31-dən sentyabrın 1-dək Tyantszin şəhərində ŞƏT sammiti keçirilir. Burada 20-dən çox dövlət başçısı iştirak edir.

Samir
 

0