Nüvə enerjisi təmiz və yenilənə bilən bir enerji mənbəyi kimi təqdim edilsə də, əslində çox təhlükəli nüvə tullantıları istehsal etdiyini nəzərdən qaçırmamaq lazımdır. ABŞ-nın və Avropanın son 50 ildir, nüvə stansiyalarından çıxan nüvə tullantılarını yaşayış məntəqələrindən uzaqlaşdırmaq üçün istifadə etdiyi üsul isə çox maraqlıdır... Bu ölkələr, 50 ildə toplanmış 200 min çələb çox zəhərli radioaktiv tullantını Atlantik okeanının dərin çuxurlarına atıblar.
HİT.az xəbər verir ki, 1946-1990-cı illər arasında Fransa və Britaniyanın də daxil olduğu Avropa ölkələri, asfalt və betonla bağlanmış radioaktiv maddələrlə dolu çələbləri təbiətə töküblər. Bu gün bu çələblər, Fransanın sahillərindən yüzlərce mil uzaqda, təxminən 4.000 metr dərinlikdəki xəndəklərə basdırılmış vəziyyətdədir.
Elm insanları, tullantıların dəniz qida zəncirinə qarışaraq dəniz canlıları tərəfindən udula biləcəyi və milyonlarla insan tərəfindən istehlak edilən dəniz məhsullarına çataraq toxuma zədələnməsi və xərçəng hallarının artması kimi uzunmüddətli sağlamlıq risklərinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər. Fransız alimlərindən ibarət bir qrup, su altındakı çələblərin taleyini araşdırmaq üçün başlatdıqları iki missiyadan birincisində 3 min 355 çələb aşkarladı. Amma bütün okeanda cəmi 200 min çələb olduğu məlumdur.
Gələn il həyata keçirilməsi gözlənilən ikinci missiyada isə sahədən toplanan su, çöküntü və dəniz orqanizmlərindəki radionuklidlərin ölçülməsi planlaşdırılır.
Tədqiqatçılar həmçinin çələblərdən yaranan çirklənməni, nüvə qəzaları və ya enerji stansiyalarından çıxan icazə verilmiş tullantılar kimi digər mənbələrdən fərqləndirmək üçün arxaplan radiasiyasını da təhlil edəcəklər.
Dövrün "çox ağıllı" mühəndisləri, on minlərlə il ərzində yox olmayacaq bu zəhərli radioaktiv maddələri, sadəcə 40-50 il ərzində duzlu suyun içində əriyəcək dəmir və beton kimi materiallarla örtərək okeana atmağı üstün tutduqları üçün, indi, qarşımızdakı on minlərlə il ərzində bu çələblərin içindən dəniz suyuna qarışacaq radioaktiv sızıntının dənizləri bir zəhər çuxuruna çevirməsi kimi dəhşətli bir risk ortaya çıxıb.
Digər tərəfdən mütəxəssislər, dərin sularda tapılması və materialın böyük hissəsinin zəif radioaktivitesi səbəbilə insanlar üçün təcili riskin aşağı olduğunu, amma dəniz həyatı və qida zənciri üzərindəki uzunmüddətli təsirlərin narahatedicı olmağa davam etdiyini söyləyirlər.
Yenə də eyni mütəxəssislərin 50 il əvvəl radioaktiv tullantıları dənizə atmağın da çox ağıllıca bir həll olduğunu söylədikləri unudulmamalıdır. Nəticə etibarilə, inanmaqda şübhə edən insanları haqsız tapa bilmərik...
Samir