Yaponiya bir neçə ildən sonra öz nüvə arsenalını yarada bilər

DÜNYA
12:50 / 02.09.2025
67

"Yaponiya texniki və sənaye potensialı sayəsində bir neçə il ərzində öz nüvə arsenalını və çatdırılma maşınlarını yarada bilər". 

HİT.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi və Hərbi Dəniz Qüvvələri Kollegiyasının sədri Nikolay Patruşev Yaponiya üzərində Qələbə Günü və II Dünya müharibəsinin başa çatması ilə bağlı aif.ru saytına müsahibəsində bildirib.

Onun sözlərinə görə, nüvə silahının çatdırılma vasitələrinə gəlincə, Yaponiyanın raket potensialı kifayət qədər ciddidir. Patruşev qeyd edib ki, ölkənin kosmosun tədqiqində əldə etdiyi nailiyyətləri xatırlamaq kifayətdir.

Avqust ayında "Reuters" agentliyi Yaponiya və Cənubi Koreyanın ABŞ prezidenti Donald Trampın siyasəti fonunda öz nüvə silahlarını yaratmaq barədə düşündüyünü bildirmişdi. Yapon qanunverici Rui Matsukava qeyd edib ki, Avropa respublikaçılar hakimiyyətə gəldikdən sonra artıq Amerikaya o qədər də arxalana bilməyəcəyini və öz təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalı olduğunu başa düşüb: "Bu, Yaponiya üçün də doğrudur".

Samir

0