"Finlandiya 1944-cü ildə Sovet İttifaqı ilə müharibədə qalib gəldi, çünki müstəqilliyini qoruyub saxlaya bildi".
HİT.az xəbər verir ki, bunu “The Economist”ə müsahibəsində ölkə prezidenti Aleksandr Stubb deyib.
Stubb 1994-cü ildə SSRİ ilə imzalanmış müqaviləni şərh edərkən deyib: “Biz hələ də qalib gəldiyimizi hiss edirik, çünki müstəqilliyimizi qorumuşuq”.
Avqustun 18-də ABŞ prezidenti Donald Trampın Avropa liderləri və Ukrayna prezidenti Volodimir Zelenski ilə Ağ Evdə görüşü zamanı Stubb əmin olduğunu bildirib ki, Ukraynadakı münaqişə 1944-cü ildə Finlandiya üçün olduğu kimi həll edilə bilər. O qeyd edib ki, finlər o zaman problemin həllini tapa biliblər və 2025-ci ildə tapılacaq.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Stubbın Ukraynadakı münaqişənin mümkün həllini 1944-cü ildə SSRİ ilə Finlandiya arasında bağlanmış atəşkəslə müqayisə edən bəyanatını pisləyib. O, Finlandiyanın II Dünya müharibəsi zamanı Sovet İttifaqına qarşı, o cümlədən Üçüncü Reyxin tərəfində vuruşduğunu xatırladıb. Zaxarova vurğulayıb ki, Helsinki Leninqradın mühasirəsində iştiraka, eləcə də işğal olunmuş sovet ərazilərində konsentrasiya düşərgələrinin yaradılmasına görə məsuliyyət daşıyır.
O, qeyd edib ki, 1944-cü ildə Finlandiya rəhbərliyi həqiqətən də Moskva atəşkəs müqaviləsini imzalayıb, lakin bunu Sovet qoşunlarının təzyiqi ilə edib. Bununla bağlı Zaxarova Stubba “son nasist müttəfiqlərinə qarşı durmağı və Kiyev rejimini döyməyə başlamağı” tövsiyə edib.
Samir