Keçmiş NASA rəsmisi: Gözlənilən büdcə kəsirləri Ay və Mars missiyalarını pozacaq

DÜNYA
23:14 / 02.09.2025
52

NASA-nın keçmiş inzibatçısı Bill Nelson Tramp administrasiyasının agentliyin büdcəsini azaltmaq istəməsindən narahatlığını bildirib. 

HİT.az xəbər verir ki, o, bu barədə "Daily Mail"ə müsahibəsində danışıb.

Onun fikrincə, bu, NASA-nın Ay və Marsa planlaşdırdığı missiyalarını pozacaq.

Nelson agentliyin işçilərinin ixtisarından da narahatdır: “Bunlar yüksək riskli proqramları idarə edən təcrübəli insanlardır”. Onun sözlərinə görə, kosmosun tədqiqində səhvlərin nəticələri dəhşətli ola və insanların ölümünə səbəb ola bilər".

Özü də keçmiş astronavt Bill Nelson 2021-ci ildən bu ilin yanvarına qədər NASA-ya rəhbərlik edib. Donald Trampın prezidentliyi başlayandan sonra nəqliyyat naziri Şon Daffi agentliyin müvəqqəti administratoru oldu. ABŞ prezident administrasiyası NASA-nın 2027-ci il büdcəsini 6 milyard dollar azaltmağı təklif edir. İyul ayında agentlik işçi qüvvəsinin 20%-ni ixtisar edəcəyini açıqlamışdı. Elə həmin ay 300-ə yaxın NASA-nın indiki və keçmiş əməkdaşı Ağ Evi və agentliyin rəhbərliyini kosmos tədqiqatlarında “NASA-nın dünyaya rəhbərlik etmək qabiliyyətini təhlükə altına qoyan” “dağıdıcı hücumlara” görə tənqid edən açıq məktub imzalayıb.

Samir

0