Vuçiç: Serbiya neytrallığı qorumaq niyyətindədir

DÜNYA
19:44 / 02.09.2025
70

Serbiya prezidenti Aleksandr Vuçiç Belqradın neytral statusunu saxlamaq niyyətində olduğunu açıqlayıb.

HİT.az xəbər verir ki, o, bu barədə Rusiya prezidenti Vladimir Putinlə görüşündə danışıb.

"Bu gün biz Avropada yeganə ölkəyik ki, Rusiya Federasiyasına qarşı heç bir sanksiya tətbiq etməmişik və biz təbii ki, gələcəkdə də neytrallığımızı qoruyacağıq", deyə Vuçiç bildirib. 

O əlavə edib ki, Rusiya-Ukrayna münaqişəsi başlayandan Serbiya çox çətin vəziyyətdə və böyük təzyiq altındadır.

Vladimir Putin öz növbəsində bildirib ki, Moskva Belqradın müstəqil siyasi kursuna hörmət edir. O, həmçinin bildirib ki, Rusiya ilə Serbiya arasında strateji tərəfdaşlıq hər iki ölkə üçün müsbət nəticələr verir.

Samir

0