Çinli tədqiqatçılar kosmik stansiyalarda və digər planetlərdə istifadə üçün paltaryuyan maşın hazırlayıblar.
HİT.az xəbər verir ki, bu barədə "South China Morning Post" (SCMP) məlumat yayıb.
12 kq-lıq əl çamadanının ölçüsündə olan kubik cihaz 800 q paltar yumaq üçün yuyucu toz əvəzinə ozon və cəmi 400 ml su istifadə edir. Su ultrasəs çiləmə üsulu ilə ultra incə duman şəklində verilir. Möhürlənmiş kamerada yuyulma prosesi 30 dəqiqə çəkir.
İnkişaf astronavtlara 60% daha az paltar götürməyə imkan verəcək. Hazırda işlənmiş paltarlar yük kapsullarına yığılır və Yer atmosferində yanır.
Avqustun 12-də bildirilib ki, Çin alimləri potensial olaraq silah kimi istifadə oluna biləcək zibilləri Yerin orbitindən çıxarmaq üçün nəzərdə tutulmuş buraxılış qurğusunu təqdim ediblər. Yığcam və gözə dəyməyən qurğu barıt mühərriki prinsipindən istifadə edir. O, Nankin, Şanxay və Şenyandan olan aerokosmik mühəndislər tərəfindən hazırlanıb.
Samir