Son illərdə getdikcə daha çox turist bir sıra səbəblərdən çimərlik istirahətini payıza keçirir. Buna xüsusilə qlobal istiləşmə təsir göstərir, çünki bir çox ənənəvi yay istiqamətləri yayın ən isti vaxtında dözülməyəcək qədər isti olur.
Bundan əlavə, Yunanıstan, İspaniya və ya İtaliya kimi ölkələrdə yayda artıq həddən artıq adam olur və buna görə də çoxlu səyyah istirahət üçün alternativ variantlar axtarır – ya payızda məzuniyyətə çıxır, ya da daha sərin ölkələrə yollanır.
HİT.az xəbər verir ki, Britaniya nəşri "The Sun" Avropanın oktyabrda çimərlik istirahətinin tam ləzzətini çıxara biləcəyiniz dörd ən isti istiqamətinin siyahısını tərtib edib.
Limassol, Cənubi Kipr - Ölçüsünə görə ikinci şəhərində oktyabr ayının maksimal temperaturu +28°C çatır. Mənzərəli sahil xəttindən əlavə, Limassol həm də Köhnə Şəhəri və canlı yaxt limanı ilə məşhurdur.
Kanar adaları, İspaniya - Kanar adalarında oktyabrın maksimal temperaturu +27°C çata bilər. Eyni zamanda, adalar çoxlu məşhur istirahət yerləri ilə fəxr edə bilər, onların bir çoxu qısa məzuniyyət üçün idealdır – onların arasında Tenerife, Qran-Kanariya, Lansarote, Fuerteventura və La-Palma var.
Kos, Yunanıstan - Bu mənzərəli yunan adasında oktyabrın maksimal temperaturu rahat +26°C-ə qədər qalxa bilər. Kos adası Egey dənizinin cənub-şərqində yerləşən Dodekanes arxipelaqının bir hissəsidir və yerli çimərliklərdə səyyahları yumşaq qum, təmiz su və hətta qədim xarabalıqlar gözləyir.
4. Valletta, Malta *-* Maltanın paytaxtında oktyabr ayının maksimal temperaturu +25°C təşkil edir. UNESCO-nun Ümumdünya irsi siyahısında olan bu qala-şəhər barokko üslubunda memarlıqla zəngindir və heyranedici, kristal təmiz sularla əhatələnib. Yerli mənzərəli limanlar qayıq səfərləri üçün məşhur yerlərdir, çimərlik istirahəti üçün isə daha çox Vallettanın ətrafına getmək daha yaxşıdır.
Samir