Estoniya ABŞ qoşunlarının Avropanı tərk etməsinə icazə verməyəcək.
HİT.az xəbər verir ki, bunu Estoniya prezidenti Alar Karis bildirib. Bu barədə “Reuters” məlumat yayıb.
“Mən əmin olmalıyam ki, ABŞ qoşunları burada Avropada, təkcə sərhəddə deyil, Almaniya, Polşa və digər yerlərdə də qalsın. Biz bunu baş katiblə müzakirə etdik ki, amerikalıları da razı sala bilək”, deyə Karis bildirib.
İyul ayında ABŞ-a səfərindən sonra Xristian Demokratların (CDU/CSU) lideri Yens Spahn demişdi ki, ABŞ qoşunları mümkün olan ən qısa müddətdə Avropanı tərk edə bilər və avropalıların qalacaqlarına zəmanət yoxdur.
Bundan əvvəl "Euractiv" portalı Avropa NATO ölkələrinin qitədəki ABŞ hərbçilərinin sayının mümkün azaldılmasına hazırlaşmağa başladığı barədə məlumat vermişdi. Portalın məlumatına görə, Avropa ABŞ prezidenti Donald Trampın Asiya və ya Yaxın Şərqə göndərilə biləcək 10 mindən 20 minədək insanı geri çəkmək niyyətində olduğuna əmindir.
Samir