500 milyon dollarlıq 11 mindən çox saxta Labubu ələ keçirildi

DÜNYA
19:13 / 03.09.2025
59

ABŞ Gömrük və Sərhəd Mühafizəsi (CBP) Sietl hava limanında dəyəri 500 milyon dollardan çox olan saxta Labubu oyuncaqlarının partiyasını ələ keçirib. 

HİT.az xəbər verir ki, bu barədə agentliyin məlumatlarına istinadən "NBC News" kanalı məlumat yayıb.

Məqalədə deyilir: "Sietl-Tacoma Beynəlxalq Hava Limanında hava yüklərini yoxlamaq üçün təyin olunmuş ABŞ Gömrük və Sərhəd Mühafizəsi əməkdaşları təxmini pərakəndə dəyəri 513 937 dollar olan 11 134 kukla ələ keçiriblər".

CBP-nin məlumatına görə, oyuncaqların ABŞ-a LED işıq qutularında gətirilməsi planlaşdırılırmış. Gömrük xidməti qeyd edib ki, aşkar edilmiş bütün kuklaların məhv edilməsi planlaşdırılır. Hazırda saxta labubu partiyasının götürülməsi ilə bağlı heç kim saxlanılmayıb.

Samir

0